Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 7-Series güclü versiya alıb

“BMW” şirkəti sedan “7-Series”-in ən güclü versiyasını təqdim edib. Onun adı “M760Li xDrive”dır. Avtomobilin debütü 2016-cı ildə Cenevrədəki avtosalonda keçiriləcək.

Brendin mətbuat xidmətindən verilən məlumata görə, avtomobil 6,6-litrlik, 12-silindrli benzin mühərriklə təchiz edilir. O, 600 a.g., 800 Nm fırlanma anı verir və 8-pilləli sürət qutusu “Steptronic” ilə birgə işləyir. Bütün bunlar avtomobili 100 km/saata 3,9 saniyəyə sürətləndirir. Maksimal sürət 250 km/saatdır. Opsional “M Driver’s Package” paketi ilə isə maksimal sürət 305 km/saata qədər yüksəlir.

Yenilik 20-düymlük təkər diskləri, 19-düymlük idman əyləcləri – “M”, iki borusu olan idman qazburaxma sistemi və böyüdülmüş hava çıxıntıları alıb. Sürücü üçün idarəetmə və hərəkəti bir xətt üzrə saxlamaq köməkçi funksiyaları, o cümlədən yan toqquşmalardan qoruma arxa toqquşma, digər avtomobilin olması barədə xəbərdarlıq sistemləri mövcuddur.

Yeni nəsil “BMW 7-Series”in bütün variantlarında olduğu kimi, “M760Li xDrive” modifikasiyasındakı “iDrive” sisteminin displeyi sensorlu panel kimi düzəldilib. Sedan, həmçinin “BMW”-nin əl hərəkətləri ilə idarəetmə sistemi ilə də təchiz edilir.

AUTO.AZ



teqlər:
BMW, BMW 7-series 17.02.2016

Şərhlər


AD