Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volvo yeni universalın sirrini açdı

İnternetə yeni universal “Volvo V90”-nın rəsmi şəkilləri sızıb. Şəkillər “Autoweek” portalı tərəfindən yayımlanıb. Avtomobil rəsmən fevralın 18-də Stokholmda keçiriləcək xüsusi tədbirdə təqdim olunacaq. Bundan sonra isə model 2016-cı ilin mart ayında Cenevrədə keçiriləcək avtosalonda geniş kütləyə göstəriləcək. Avtomobilin Avropada satışı bu ilin sentyabrında başlayacaq.

Avtomobili SPA platformasında yığıblar. Yenilik eyni platformada yığılan sedan “S90”-nın mühərrikindən alıb. O, 190 və 235 a.g. olan iki cür dizel mühərriklə təklif ediləcək. Bundan əlavə, 254 və 320 a.g. verən iki benzin mühərrik də əldə edilə biləcək.  Daha sonra universalın hibrid qurğu da alacağı gözlənilir.

“S90”-nın xarici görünüşü “Volvo”-nun ən son yolsuzluq avtomobili “XC90”-a bənzəyir. Onları yeni radiator barmaqlığı, üfüqi xətt üzrə düzülmüş diodlu işıqlar birləşdirir. Sedan “S90”-ın arxa hissəsi şoukar “Coupe Concept”-ə bənzəyir.

Avtomobil hazırlanmasına 11 milyard ABŞ dolları məbləğində sərmayə yatırılan SPA platformasında yığılıb.

AUTO.AZ



teqlər:
Volvo, Volvo V90 16.02.2016

Şərhlər


AD