Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan yeni Armada modelini təqdim edib

“Nissan” şirkəti yolsuzluq avtomobili “Armada”-nı təqdim edib. Avtomobil təkmilləşdirilmiş “Patrol”a bənzəyir. Şimali Amerika bazarı üçün nəzərdə tutulan avtomobil 2016-cı ilin yayında satışa çıxarılacaq. Modelin qiyməti barədə bir qədər sonra məlumat veriləcək.

Yenilik elə “Infiniti QX80”-nin platformasında yığılıb. Avtomobilin dizaynı, praktiki olaraq, “Patrol”-dan fərqlənmir. O, böyük radiator barmaqlığı, havalandırılan qabaq qanadlar və diodlu işıqlar alıb. Avtomobil 13 dinamikli “Bose” audiosistem, o cümlədən 8-düymlük displeyi olan informasiya-əyləncə sistemi ilə təchiz edilib.

Avtomobili 5,2-litrlik, 390 a.g. verən benzin V8 mühərriki, 7-pilləli avtomatik sürət qutusu ilə təchiz ediblər. Yeniliyin dinamik xarakteristikası barədə hələlik məlumat verilmir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Armada 13.02.2016

Şərhlər


AD