Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fab Design-dan Mercedes S-Class Coupe

“Fab Design” atelyesi “Mercedes S-Class Coupe”-nin bazasında yeni “Ethon” təqdim edib. Yunan mifologiyasından olan qartalın şərəfinə adlandırılmış modelə avtomobilsevərlər üçün aerodinamik ban asması daxil edilib.

Staylinq-paket heç də hamının ürəyincə olmayacaq, lakin ona yeni qabaq bamper, torlu əlavəsi olan yeni radiator barmaqlığı daxildir. Model, həmçinin aerodinamik yan ətəklər və diffuzoru olan yeni arxa bamperlə təchiz edilib. Müştərilər “Pirelli” şinləri “geyinmiş” 22-düymlük müxtəlif dəstli təkər diskləri arasında seçim apara bilərlər.

Vizual tüninq ilə yanaşı, “Fab Design” məhsuldarlıq paketi də təklif edir. O, “S63”-ün kapotu altında quraşdırılmış 5,5-litrlik biturbo V8 mühərrikinə 630 a.g. və 919 Nm fırlanma anı verir. Şirkət dinamika dəyişikliyi barədə məlumat vermir, lakin standart model 0-dan 96 km/saata cəmi 3,9 saniyəyə sürətlənir.

AUTO.AZ



Şərhlər


AD