Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alpina yeni sedan B7 təqdim edib

“Alpina” Cenevrədə keçiriləcək avtosalonda planlaşdırılan debütü gözləməyib yeni “B7”-nin sirrini açdı. “BMW 7-series”-in yeni versiyası  600 a.g., çoxlu sürət və s. alıb.

“Alpina” mütəxəssisləri bəzəkdə ənənəyə sadiq qalıblar. Burada bir sıra elementləri, o cümlədən arxada spoyleri olan təkmilləşdirilmiş asmanı, 20-düymlük diskləri və “Michelin Pilot Super Sport” şinlərini göstərmək olar. Disklərin arxasında 394 və 368 mm-lik 4-porşnli güclü əyləc mexanizmləri gizlənir. Burada, həmçinin tənzimlənən klirensin pnevmoasılqanı da var.

Bilmək istəyirsiniz kapotun altında nə baş verir? Buyurun – 4,4-litrlik V8, bir cüt turbin, gücləndirilmiş interkuler, yürüş porşnləri “Mahle” və qazburaxma sistemi. Nəticə heyrətləndiricidir – 600 a.g. və 800 Nm fırlanma anı.

Həmçinin 8-pilləli sürət qutusunu, tam ötürücü sistemi də göstərmək olar. Bütün bunlar avtomobili 96 km/saata 3,6 saniyəyə sürətləndirir, ona maksimal olaraq isə 310 km/saat sürət verir. Qiymət barədə hələlik məlumat yoxdur, ancaq payızda bilinəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 7-series, Alpina 10.02.2016

Şərhlər


AD