Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari sportkar FF-in adını dəyişib

Təkmilləşdirilmiş “Ferrari FF” daha güclü, xarici görünüşdən daha sərt olub, hətta adı da dəyişib – indi o, 680-güclü 4-yerli “GTC4Lusso”-dur. Onun dünya üzrə təqdimatı Cenevrə motor şousunda keçiriləcək, lakin ilk şəkillər və əsas rəqəmlər artıq məlumdur.

Təkmilləşdirilmiş 6,3-litrlik V-12-ə 30 a.g. əlavə edilib və o, 697 Nm fırlanma anına malikdir (bunun 80 faizi artıq 2000 dövrdə əldə edilir). Praktikada bu, ilk yüzlüyə 0,3 saniyə gec sürətlənmək deməkdir (“GTC4Lusso” bu əməliyyatı 3,4 saniyəyə yerinə yetirir). Maksimal sürət 335 km/saatdır.

“FF”-in tam ötürücüsünə tam idarəolunan şassi, sürüşməyə nəzarət sistemi “Slip Side Control”, fəal amortizatorlar, elektron idarəolunan diferensial daxildir.
Digər yenilikləri göz ilə də görmək olar, məsələn, kupenin aerodinamik və kosmetik yenilikləri.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari GTC4Lusso 09.02.2016

Şərhlər


AD