Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Opel kompakt sportkar düzəldib

2016-cı ildə Cenevrədə keçiriləcək avtosalona bir aydan da çox vaxt qalıb, lakin bir neçə məşhur şou-stopperlərin adı artıq bizə məlumdur. Şübhəsiz ki, bunlardan biri də “Opel”-in yeni konsepti olacaq – bu, turbo mühərrikli və arxa ötürücülü 2 qapılı kompakt avtomobildir.

“GT”-nin xarici görünüşü konsept “Monza”-nın təkamülünü xatırladır (yaxşı, kiçik təkamülünü). Misal üçün, qabaq qırmızı təkərlər 1920-ci ilin sonlarına aid olan “Opel Motoclub 500” motosikletini xatırladır. Ətraflarda olan qırmızı xətlər isə “avtomobili horizontal olaraq iki hissəyə bölür və tənasübü vurğulayır”. Bundan əlavə, yuxarıda kilidlərin açılması üçün xüsusi panel yerləşdirilib.

Yeni konseptin ətraf güzgüləri də yoxdur, bunun əvəzində təkər arkalarına nəzarət edən kameralar və onların salonda olan iki displeyi var. Konseptdə yeni nəsil diodlu optika “IntelliLux LED” və qabaq şüşədən başlayan panoram dam var.

Avtomobilin çəkisi 1 tondan azdır. “GT” 3-silindrli 1-litrlik turbo mühərriklə hərəkət edir. 145-güclü bu mühərrik 6-pilləli sekvental sürət qutusu ilə birgə konsepti 100 km/saata 8 saniyəyə çatdırır və 215 km/saat sürət yığır.

Onu da qeyd edək ki, bu 2-qapılı rəsmi olaraq nümayiş avtomobili statusu daşıyır və onun seriyalı ola biləcəyinə heç bir işarə yoxdur. Lakin bu, “Opel”-in gələcək sportkarları barədə təsəvvür yaradır.

AUTO.AZ



teqlər:
Opel, Opel GT 05.02.2016

Şərhlər


AD