Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar F-Type SVR: bu dəfə rəsmi

“F-Type”-ın SVR versiyasının braşürünün skan edildikdən sonra şəbəkəyə sızmış şəkillərini təhlil etməyə macal vermədən, “Jaguar” ailənin ən zəhmli nümayəndəsinin rəsmi təqdimatı barədə elan verdi. 575-güclü kupe və kabriolet mart ayında Cenevrə avtosalonuna gələcək. Hələlik isə əlimizdə yalnız onun bir neçə şəkli var.

Bilirik ki, “F-Type”-ın özü yayda satışa çıxarılacaq və “SVR”-nin hər iki yeniliyi çox gözəl asma ilə lovğalanacaq. Həmçinin titan qazburaxma sistemi, 20-düymlük təkər diskləri, karbon-keramik əyləclər, sürətdən asılı olaraq mövqeyi dəyişən arxa fəal spoyler, idman sükanı, alüminium əlavələri olan oturacaqlar barədə məlumatımız var.

“Jaguar” hələlik mühərrik və uyğun rəqəmlər barədə məlumat vermir. Lakin dünənki braşür buna cavab verdi -  ikiqapılı və rodster 5-litrlik, 575 a.g. və 700 Nm fırlanma anı verən kompressorlu V8 mühərriki, 8-pilləli sürət qutusu və arxa ötürücü alıb. Bu, yerindən 100 km/saata 3,7 saniyəyə sürətlənmək və maksimal 310 km/saat sürət yığmaq deməkdir (kupedə 322 km/saat).

AUTO.AZ



teqlər:
Jaguar.Jaguar F-Type 04.02.2016

Şərhlər


AD