Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz yeni pikap istehsal edəcək

“Mercedes-Benz”-in müasir tarixdə ilk pikapı ya “X-Class”, ya da “Z-Class” adlandırılacaq – bu məlumatları bizə Avstraliyanın “CarAdvice” nəşriyyatının əməkdaşları veriblər. Onların sözlərinə görə, məsələ bu yaxınlarda müzakirə edilib və çox “X-Class” variantına üstünlük verilib.

“X” pikap çox güman ki, orta ölçülü model olacaq. Məlumdur ki, o, “Nissan NP300”-ün (Navara) əsasında yığılacaq. Mühərrik qammasına isə iki dizel daxil ediləcək: 4-silindrli, 2,3 litrik, 187 a.g. (450 Nm) gücü olan mühərrik və 255 a.g. (550 Nm) verən “altılıq”. Bundan əlavə, yenilik iki növ tam ötürücü alacaq – qoşula bilən və daim tam işlək.

Zəngin versiyada pikap “AMG” ştrixlər də alacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz 02.02.2016

Şərhlər


AD