Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan konseptual pikap düzəltdi

“Nissan” Detroytdakı avtosalonda pikap həvəskarlarını “Titan”-ın bazasında yeni konseptlə sevindirib. Söhbət “Titan Warrior” modelindən gedir – bu avtomobil qədim yunan döyüşçülərinə həsr edilib.

Dördqapılı pikatın bazasında yığılan bu konsept məhz yolsuzluq avtomobilidir. “Qəddar” təkərlər pikapın hündürlüyünü 70 mm artırıb (ümumilikdə, 2070 mm), damda əlavə LED-işıq peyda olub, digər optikaların isə konfiqurasiyası dəyişib. İndi təkər arkaları da genişləndirilib və asılqan bir çox idman elementləri alıb. Yeri gəlmişkən, pikap həqiqətən enli alınıb - əvvəlki 2047 mm əvəzinə indi 2199 mm olub.

Salona gəldikdə demək olar ki, burada içkilərin soyudulması və isidilməsi üçün mərkəzi konsolda konteyneri, sükanın mərkəzdə dayandığını göstərən işarəni, mühərrikin sürət qutusu ilə birgə iş rejimini seçmək üçün çoxlu sayda düymələri, xüsusi bəzəkləri və qoruyucu qapağı olan mühərriki işəsalma düyməsini göstərmək olar.

Kapotun altında 5-litrlik turbodizel “Cummins” dayanır ki, o, 6-pilləli sürət qutusu ilə birgə 310 a.g. və 752 Nm fırlanma anı verir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Titan 30.01.2016

Şərhlər


AD