Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan yeni Mercedes C-Class

“Brabus” özünün “C-Class” versiyalarından birini yeniləyib – tünerlər tam ötürücülü “C450”-ni daha da gücləndiriblər, onun xarici görünüşünü gözəlləşdiriblər. Bir sözlə, hər şey gözəl ənənə ilə baş verib.

Benzinlə işləyən 6-litrlik turbo mühərrikə daha 40 a.g. və 50 Nm əlavə edilib, indi bu mühərrik 410 a.g. və 570 Nm fırlanma anı verir. Mühərrik üçün apdeyt “PowerXtra B30-410” adlandırılıb. O, avtomobili yerindən 100 km/saata 4,6 saniyəyə sürətləndirir. Maksimal sürət isə 280 km/saatdır.

C “Brabus” ciddi diffuzoru, xüsusi hazırlanmış 19-düymlük “Monoblock S” diskləri ilə fərqlənir. Salonda gözəl xalılar var. Müştərinin puluna uyğun olaraq onun fantaziyaları da gerçəkləşdirilə bilər. “Brabus” versiyada C450-ə 3 il və ya 100000 km zəmanət verilir.

AUTO.AZ



Şərhlər


AD