Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai möhtəşəm sedan təqdim etdi

Sedan “G90”-ın daxili təqdimatından sonra (evdə o “EQ900” adlanır), “Hyundai” Detroytdakı avtoşouda “Genesis”-in ilk subbrendinin, flaqman 4-qapılısının birinci təqdimatını keçirdi.

Söhbət yeniliyin amerikan versiyasından gedir.  O, iki mühərriklə təklif ediləcək – 3,3-litrlik ikili turbini olan (365 a.g.) V6 və atmosferli 5-litrlik (420 a.g.) “səkkizlik”. “G90”-nın baza variantı arxa ötürücülüdür, lakin ən maksimal komplektasiyada tam ötürücü də təklif edilir (“H-TRAC”).

Baza variantında nə təklif olunacağını deyə bilmərik, lakin Koreya flaqmanının ən bahalı versiyası 17 dinamiki və sabvuferi olan “Lexicon” multimedia sistemi, sürücü yardımçıları və oturacaqların 22 cür elektrik tənzimləməsi ilə təchiz ediləcək. Sərnişinlər də arxa oturacaqlarını düymələrlə tənzimləyə biləcəklər (14 cür tənzimləmə). Salonda, həmçinin 9,2-düymlük ekranlar var.

Hələlik qiymət barədə məlumat yoxdur. Yeri gəlmişkən, “Hyundai” artıq “G90”-nın daha uzun yeni versiyasını düzəltməyə hazırdır.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Genesis 26.01.2016

Şərhlər


AD