Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Acura böyük hetçbek düzəldib

“Acura” Detroytda yeni təqdimat keçirdi – bu, böyük hetçbek “Precision”-dır. Bu avtomobil markanın gələcək modellərinin dizaynının istiqamətini nümayiş etdirdi.

Düzdür, çox güman ki, yeni konsept seriyalı olmayacaq və təqdimat avtomobili kimi qalacaq. Beşqapılı hetçbekin uzunluğu 5182 mm, eni 2134 mm, hündürlüyü 1320 mm-dir. Təkər bazası isə 3099 mm təşkil edir.

Konsept “Michelin Pilot Super Sport” şinləri, 22-düymlük təkər diskləri, diodlu optika ilə təchiz edilib. Qeyri-adi görünüşlü radiator barmaqlığının isə öz adı var – “Diamond Pentagon”.

Salonda düymələri olmayan displeylər, təbii ağacdan əlavələr, ağıllı multimedia var. Bu sistem sərnişinləri tanıya bilir və onlara uyğun tənzimləmələr yükləyir.

AUTO.AZ



teqlər:
Acura, Acura Precision 25.01.2016

Şərhlər


AD