Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rus maşınları lizinqlə satılacaq

Fevral ayından etibarən Bakıda rus avtomobilləri lizinqlə satılacaq. Bu barədə fins.az-a rus avtomobillərinin rəsmi idxalçısı “Xəzər-Lada” şirkətinin texniki direktoru Şəmsəddin Şəmsəddinov bildirib. Onun sözlərinə görə, lizinq yenicə yaradılan "Xəzər-Lada-Lizinq" MMC tərəfindən veriləcək. Hazırda şirkət Vergilər Nazirliyindən qeydiyyatdan keçib, ştatlar müəyyənləşdirilir. Lizinqlə satış şərtləri dəqiqləşdirilir. Fevral ayında isə satışlara başlanacaq.

“Lada”lar köhnə qiymətlə satılır

Ş.Şəmsəddinov rus avtomobillərinin hazırki qiymətlərinə də aydınlıq gətirib.Belə ki, hazırda salonda satılan “Lada”ların qiymətləri dəyişməyib.Yəni delavasiyadan əvvəlki qiymətə satılır. Məsələn, 1.7lmühərikli 2015-ci il model “Niva” 8900 manata, 1.6 l 2015-ci il model “Lada Kalina” 9 min manata, eyni istehsal tarixli və eyni mühərrikli “Lada Priora” 10700 manat, “Lada Granta” isə 9300 manata satılır. Yeni gətiriləcək avtomobillər isə bahalaşacaq.

 



teqlər:
Lada 21.01.2016

Şərhlər


AD