Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru yenilənməyə hazırlaşır

Subaru kompaniyası, 2014-cü ildə bütün model cərgəsini yeniləmək və bir neçə yeni avtomobil göstərməyi planlaşdırır. Amerikanın kütləvi informasiya vasitəsinin verdiyi məlumata görə, ilk növbədə Forester gəlir – artıq bu ilin sonunda, o, ciddi dəyişikliyə məruz qalacaq. Ancaq, yapon kompaniyasından ən vacib premyeraları 2012-ci ildə gözləmək lazımdır.

Məhz 2012-ci ildə Subaru, tamamilə yeni Tribeca SUV-unu, həmçinin, Impreza-nın növbəti nəslini göstərəcək. Özü də sonuncu model sadəcə benzin mühərriki ilə yox, həm dizel, həm də hibrid güc vahidi ilə təqdim olunacaq – sonuncu Subaru Toyota-dan dərs alır. 2012-ci ildə, Subaru və Toyota mühəndislərinin birgə hazırladıqları, yeni ikiqapılı kupenin premyerası da gözlənilir.

İlkin məlumata görə, Subarunun yeni kupesinin mühərrik bölməsinə, modifikasiyasından asılı olaraq 160 a.g. və 200 a.g. verən 2.0 litr həcmli mühərrik qoyulacaq. Bundan başqa, 2.5 litr həcmli, turboüfləyicili mühərriki olan “gücləndirilmiş” WRX STİ versiyası da peydah olacaq. Sonuncu güc vahidinin gücü 300 a.g. civarında olacaq.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Subaru, Toyota, Subaru Forester 11.09.2010

Şərhlər


AD