Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes S63 AMG xüsusi versiya aldı

“Mercedes-Benz” şirkəti məhdud sayda olmaqla (130 ədəd) xüsusi versiyada kabriolet “S 63 AMG” düzəldəcək. Xüsusi interyer alan kabrioleti avtomobilin icad edilməsinin 130 illiyinə həsr ediblər.

Kabriolet gümüşü ban, tünd-qırmızı dam, 20-düymlük təkər diskləri və qırmızı əyləc supportları alıb. İnteryerin dəri işləmələri də bu rəngdədir. Bundan əlavə, xüsusi “Mercedes-AMG S63”-ün salonunda üzərində “Edition 130” və sıra nömrəsi yazılan lövhələr də var. Şəkillərdə gördüyünüz kabriolet “1” nömrəlidir.

Mühərrik dəyişilməyib. Tam ötürücülü kabrioletin kapotu altında 585 a.g. verən 5,5-litrlik biturbo V8 dayanıb. Bu mühərrik 9-pilləli avtomat sürət qutusu ilə birgə avtomobili 100 km/saata 3,9 saniyəyə sürətləndirir.

O, Almaniyada aprel ayında satışa çıxarılacaq və qiyməti 226 457 avrodan başlayacaq. Bu, adi “S63 Cabriolet”-in qiymətindən 39 min avro bahadır.

AUTO.AZ



Şərhlər


AD