Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti 400-güclü kupe təqdim edib

Yeniliyi müzakirə etmədən əvvəl gərək əvvəlcə bu kupenin necə peyda olduğunu anlayaq. İş ondadır ki, “Infiniti”-nin yeni modeli “G37”-nin varisidir. O, iki il əvvəl “Q60” indeksi almışdı. O vaxt əgər məsələ yalnız yeni ad ilə məhdudlaşmışdısa, indi qarşımızda tam yeni avtomobil dayanıb – o, daha enlidir, alçaqdır, o cümlədən daha çılğın proporsiyalar və fərqli texniki hissələr alıb.

Əvvəlcə alıcılara 3 variantda mühərrik təklif ediləcək. Baza variantı 2,0-litrlik turbo yükləyicili 208 a.g. olan mühərrikdir. İkinci variant 3-litrlik 300 a.g. olan biturbo V6, üçüncüsü isə elə həmin mühərrikin 400-güclü versiyasıdır. Bütün mühərriklər 7-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Kupe arxa ötürücülü olacaq, lakin əlavə pul ödəməklə onu tam ötürücülü də etmək olar.

“Infiniti Q60” ikinci nəsil adaptiv idarəetmə sistemi “Direct Adaptive Steering”, o cümlədən idarəetmə rejimini seçmək üçün “Drive Mode Selector” sistemi alıb. Bunun köməyi ilə sürücü öz ehtiyaclarına uyğun olaraq sükan idarəçiliyini seçə bilər.

“Inifniti”-də az iş görməyiblər və onlar “Lexus RC”, hətta “Audi A5” və “Mercedes-Benz SLC” kimi rəqiblərlə rəqabətə hazırdırlar. Avtomobilin qiyməti barədə hələlik məlumat yoxdur.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti G37 18.01.2016

Şərhlər


AD