Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yollarda 200 yeni radar quraşdırılıb - NAZİRLİK

Ötən il Dövlət Yol Polisi hissələrinin, stasionar postların, patrul avtomobillərinin, qeydiyyat-imtahan məntəqələrinin və diaqnostika mərkəzinin “Mərkəzi informasiya sistemi”nə birbaşa inteqrasiyası başa çatıb. Avtomobil yollarında foto-video qeydiyyat funksiyalı texniki vasitələrlə yol hərəkətinə nəzarət sahəsi genişləndirilib. Şəhərlərarası avtomobil yollarında 154 nöqtədə 206 radar, 175 nöqtədə 595 videokamera quraşdırılıb.

Fins.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Bildirilib ki, inzibati xəta törətmiş şəxslərə özlərinin iştirakı olmadan elektron protokolların tərtib edilməsi və inzibati protokolların bort kompyuterlərdə yazılması, icraatının aparılması, müvafiq məlumatların dərhal “ASAN xidmət” mərkəzinə ötürülməsi, vətəndaşlara SMS məlumatların göndərilməsi, habelə barələrində olan inzibati protokollar, cərimələr, qərarlar və s. haqqında onların internet vasitəsilə məlumat ala bilmələri üçün şərait yaradılıb. Eləcə də ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə əlaqədar prosedurların “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi təmin edilib.

Bu fikirlər yanvarın 16-da Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində səsləndirilib.

Bildirilib ki, inzibati xəta törətmiş şəxslərə özlərinin iştirakı olmadan elektron protokolların tərtib edilməsi və inzibati protokolların bort kompyuterlərdə yazılması, icraatının aparılması, müvafiq məlumatların dərhal “ASAN xidmət” mərkəzinə ötürülməsi, vətəndaşlara SMS məlumatların göndərilməsi, habelə barələrində olan inzibati protokollar, cərimələr, qərarlar və s. haqqında onların internet vasitəsilə məlumat ala bilmələri üçün şərait yaradılıb. Eləcə də ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə əlaqədar prosedurların “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi təmin edilib.

teqlər:
YPX 18.01.2016

Şərhlər

AD