Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lincoln sedan Continental-ı dirçəltdi

Bu il Detroytda keçirilmiş motor-şouda böyük sedan “Lincoln Continental”-ın təqdimatı olub. Onun seriyalı variantı 2015-ci ilin yazında təqdim edilmişdi. Tarixə nəzər salsaq görərik ki, yeni “Lincoln Continental 2017” modelin artıq 10-cu nəslidir. Onun sələfi isə 2002-ci ildə buraxılmışdı.

Əlbəttə, istehsalata hazır olan “Lincoln Continental 10” sadə bamperlər, optika, fərqli təkər diskləri və ənənəvi arxa görünüş güzgüsü alıb, o cümlədən onun eksteryerində xrom detalların sayı azalıb. Ümumi görünüş yaxşı təsir bağışlayır. Yeni “Lincoln Continental 2017”-nin salonu çox gözəl materiallardan işlənib.

Sedanın bazasında “Lincoln MKZ”-in uzun platforması dayanıb, “Continental X”-un güc aqreqatı qismində isə 3,0-litrlik, 405 a.g. və 542 Nm fırlanma anı verən benzin tvin-turbo V6 çıxış edir. Şirkətdən bildirirlər ki, bu mühərrik məxsusi olaraq “Continental” üçün hazırlanıb. “Lincoln Continental” (2016-2017) arxa təkərlərdə dartma gücünü dinamik yayma funksiyasına malik olan tam ötürücü, həmçinin adaptiv sükan idarəetməsi ilə təchiz edilib.

Sedanın təchizat siyahısına yeni avtoparketmə, ətrafa nəzarət kamerası, piyadaları tanıma və qarşı toqquşmaya qarşı avtomatik tam dayanma funksiyaları, adaptiv kruiz-kontrol və s. daxildir. Əlavə pul ödədikdə panoram dam “SPD SmartGlass” sifariş etmək olar. Onun şəffaflığı tənzimlənir.

AUTO.AZ



teqlər:
Lincoln, Lincoln Continental 15.01.2016

Şərhlər


AD