Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet yeni Cruze təqdim edib

“Chevrolet” şirkəti yeni nəsil hetçbək “Cruze” təqdim edib. Avtomobilin rəsmi debütü yanvarın 11-də Detroytdəki motorşouda keçiriləcək. Sedan banında olan bu model ötən ilin yayında debüt etmişdi.

Hetçbək “General Motors” konserninin yeni platformasında yığılıb. Bu platforma əvvəl “Opel Astra” ailəsində istifadə edilmişdi. “Cruze” seqmentində ən uzun təkər bazası alıb (2700 mm) və sələfindən fərqli olaraq 91 kq yüngül olub. Beşqapılının baqajının həcmi 524 litrdir, arxa oturacaqlar yığıldıqda isə 1189 litr təşkil edir.

Yenilik 153-güclü 1,4-litrlik turbo mühərriklə təklif ediləcək. O, ya 6-pilləli mexaniki, ya da 6-diapazonlu avtomat sürət qutusu ilə birgə işləyəcək. “Chevrolet Cruze” 100 km/saatı 8 saniyəyə yığır.

Model “Google”-dan “Android Auto” və “Apple”-dan “CarPlay” proqram təminatı olan multimediya sistemi, “Wi-Fi”, LTE standartı olan 4G şəbəkəsi, o cümlədən kor zonalara, hərəkət zolağına nəzarət və avtomatik parketmə sistemləri ilə təchiz edilib. Hetçbək payızda satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Cruze 13.01.2016

Şərhlər


AD