Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wheelsandmore-dan Mercedes GLE63

Səkkiz silindrli ikili turbo yükləyicisi olan kupe “Mercedes-AMG GLE 63” alman konserninin mühəndisləri tərəfindən “BMW X6”-nın birbaşa qismində hazırlanıb. “X6”-nın dünya bazarında artıq kifayət qədər uğurlu yer tutmasına baxmayaraq, “GLE 63 Coupe”-nin satışı çoxalır və avtomobil tüninq-atelyelər tərəfindən müxtəlif dəyişikliklərə məruz qalır. Bu yaxınlarda Almaniyanın “Wheelsandmore” şirkəti “GLE 63”-ü atelyesinə gətirib onu təkmilləşdirdi.

Əvvəlcə “Wheelsandmore”-un əməkdaşları “Mercedes”-in xarici görünüşünü dəyişdilər: onu tutqun-boz rəngə boyadılar və mərkəzindən qara xətlər çəkdilər; ona ultra yüngül “6Sporz” şinlər “geyindirdilər”. Alman şirkəti “GLE 63” üçün 4 dəst tüninq-paket hazırlayıb, onların hər biri yolsuzluq avtomobilinin mühərrikinin xarakteristikasını gücləndirir.

Birinci dəstə yeni hava filtrləri “F1”-in və çip tüninqin quraşdırılması daxildir. Bu mərhələ avtomobilin gücünü 557-dən 600 a.g.-ə, fırlanma anını isə 700-dən 850 Nm-ə qədər artırır. İkinci dəstə əlavə idman katalizatorlarının quraşdırılması daxildir ki, bu da gücü 670 a.g.-ə qədər artırır. Üçüncü mərhələdə “Seven-11” adlı tüninq “GLE 63”-ün zavod xarakteristikasına 143 a.g. və 400 Nm əlavə edir – 700 a.g. və 1100 Nm.

“BIGBANG” adlı dördüncü tüninq mərhələsi “Mercedes”-in xarakteristikasını rekord həddə çatdırır: 792 a.g. və 1150 Nm fırlanma anı. Belə göstəricilərə malik olan avtomobil çəkisinə baxmayaraq 100 km/saata 3,9 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 300 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD