Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce Ghost xüsusi versiya aldı

“Rolls-Royce” şirkəti cəmi bir ədəd yeni sedan “Ghost” düzəldib. Onun interyerində 41 ədəd brilyantdan istifadə edilib. “Ghost Red Diamond” adlandırılan avtomobili Səudiyyə Ərəbistanının kral ailəsi sifariş edib.

Brilyantlardan başqa, sedan şpondan dekorativ əlavələr və bej rəngli xüsusi oturacaq üzləri alıb. Bundan əlavə, sükan, qabaq panel və mərkəzi konsol qırmızı rəngli dəri ilə üzlənib.

Sedanın banı salondakı rənglərdən birinə uyğun olaraq xüsusi qırmızı rəngə boyanıb. Kapot, radiator barmaqlığı və qabaq sütun “brilyant” rəngindədir. Avtomobilin qapı kandarlarında modelin adı yazılmış lövhələr var, bu, onun əl ilə Hudvudda yığılmasından və cəmi bir ədəd olduğundan xəbər verir.

Güc qurğusunun modifikasiyası barədə xəbər verilmir. “Ghost” adətən 6,6-litrlik 570 a.g. olan V12 benzin mühərriki ilə təchiz edilir. O yerindən 100 km/saata 4,9 saniyəyə sürətlənir. Maksimal sürət isə 250 km/saatdır.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Ghost 28.12.2015

Şərhlər


AD