Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McLaren yeni rodster təqdim edib

Britaniyanın “McLaren” şirkəti rəsmi olaraq yeni rodster təqdim edib. O, kupe “675LT”-nin bazasında yığılıb. Əvvəlki modeldən onun fərqi yığılan damda və bir sıra kosmetik dəyişiklikdən ibarətdir.

Avtomobil yeni qabaq splitter, yan ətəklər, nadir ultra-yüngül döymə disklər, xüsusi “P Zero Trofeo R” şinləri alıb. Düzdür, onun kupedən əsas fərqi yığılan damdır. Bu dam 30 km/saat sürətdə açılıb-bağlana bilər. Salonda da bəzi kosmetik dəyişikliklər var. Ümumilikdə, avtomobilin çəkisi 16 kq artıb.

Məhsuldarlığa bir sıra yeniliklər əldə etmiş 3,8-litrlik V8 tvin-turbo mühərriki cavabdehdir. Avtomobil 675 a.g. və 700 Nm fırlanma anına malikdir – “650S” bazasında olan rodsterdən 25 a.g. və 22 Nm daha çox. Mühəndislər, həmçinin asılqan üzərində də çalışıblar və onu da sərt ediblər.

Britaniya şirkəti 500 ədəd “McLaren 675LT Spider” istehsal edəcək. Qiymət isə 285 450 funt sterlinqdən başlayacaq.

AUTO.AZ



teqlər:
McLaren, McLaren 675LT 24.12.2015

Şərhlər


AD