Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Novitec Torado-dan Lamborghini Huracan

“Novitec Torado” xüsusi “Lamborghini Huracan”-nın məhdud seriyasından xəbər verib – güc, karbon və böyük təkərlər kimi 25 tüninq-paket. Əvvəlcə deyək ki, 5,2-litrlik V10-a tünerlər mexaniki gücləndirici və bahalı qazburaxma sistemi quraşdırıblar.

Nəticə - əlavə 250 a.g. (ümumilikdə 860 a.g.). Daha sonra dünyada məşhur olan “Vittorio Strosek”-dən yeni karbon asma və ona uyğun mühərrik hissəsinin üstünü qeyd etmək olar.

Bunlarla yanaşı, arkalar və arxa qanadlar da dəyişib. “Huracan” enə 12 sm əlavə edib. Obrazı müvafiq olaraq qabaq və arxa hissədə 20- və 21-düymlük disklər, 245/30 və 325/25 ölçülü şinlər tamamlayır.

Əgər yuxarıda sadalananlar kiməsə yetmirsə, “Novitec”-dən bayıra çıxan karbon asma və salon üçün kosmetik yeniliklər də sifariş edə bilər. Şirkət hələlik yeniliklərin qiyməti barədə xəbər vermir.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan, Novitec 22.12.2015

Şərhlər


AD