Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti yenilənmiş Q50 təqdim etdi

“Infiniti” yenilənmiş sedan “Q50”-nin sirrini açdı – bu, 2013-cü ildə dünya bazarında debüt etmiş modelin ilk restaylinqidir. Yenilənmiş “Q50”-nin təqdimatı 2016-cı ilin yanvarında Detroytda keçiriləcək. Bu barədə “Сarscoops” xəbər verib.

Xarici görünüşünə görə sedan indiki versiyadan fərqlənmir. Onu fərqli qazburaxma boruları, bahalı yeni 19-düymlük disklərlə fərqləndirmək olar. Əsas dəyişikliklər isə texniki hissədə baş verib.

İndi bahalı komplektasiyalarda “Q50” 400 a.g. və 475 Nm fırlanma anı olan 3,0-litrlik V6 mühərriki ilə əldə ediləcək. “Infiniti”-nin aqreqat sırasında 300 a.g. və 400 Nm verən turbolaşdırılmış mühərrik də var. Mühərriklər 7-pilləli “avtomat” sürət qutusu ilə birgə işləyir.

Bütün dəyişikliklərdən əlavə “Premium Plus” opsiya paketi də əlyetərlidir. Onu istənilən komplektasiya üçün sifariş etmək olar.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti Q50 16.12.2015

Şərhlər


AD