Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes kabriolet S65 AMG təqdim etdi

“Mercedes-AMG” yeni kabriolet “S65”-I təqdim edib. Avropada avtomobil üçün sifarişlər gələn il aprelin 4-dən qəbul ediləcək. Yeniliyin satışı gələn yaydan başlayacaq.

Avtomobilin kapotu altında 6,0-litrlik benzin V12 mühərriki dayanır. O, 621 a.g. və 1000 Nm fırlanma anına malikdir. Belə mühərriklə avtomobil 100 km/saatı 4,1 saniyəyə yığır. Maksimal sürət isə 250 km/saatdır.

Xüsusi “AMG Driver’s Package” paketi quraşdırıldıqdan sonra bu göstərici 300 km/saata çatır. Mühərrik 7-pilləli “Speedshift Plus 7G-Tronic” sürət qutusu ilə birgə işləyir və o, 3 iş rejiminə malikdir.

Yenilik 20-düymlük tökmə disk alıb. Sürücü üçün, həmçinin küləkdən qorunma sistemi, dirsəkaltıların qızdırılması və intellektual klimat-kontrol sistemi nəzərdə tutulub. Kabrioletin salonu “Nappa” dərisi ilə işlənilib.

Ötən il “Mercedes” ən güclü kupe “S-Class - S65 AMG”-ni təqdim etmişdi. Onu standart “S-class”-dan aerodinamik asılqan, 20-düymlük AMG disklər və “Magic Body Control” sistemi ilə fərləndirmək olar. Avtomobil “Burmester” audio və ətraf müşahidə sistemləri ilə təchiz edilib.

Avtomobil 6,0-litrlik turbolaşdırılmış V12 mühərriki (630 a.g.) alıb. Bu mühərriklə “S65 AMG” yerindən 100 km/saata 4,1 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatda məhdudlaşdırılıb.

AUTO.AZ



Şərhlər


AD