Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volvo S90: artıq rəsmi

“S80”-ın sələfi və “Volvo”-nun yaxın gələcəkdə flaqmanı olacaq avtomobilin sirri rəsmi olaraq açıldı – isveçlilər sedan “S90”-ın virtual görünüşünü təqdim ediblər. Yeni “XC90”-nın orijinal ştrixləri və daha maraqlı faktlar barədə danışaq. İlk növbədə, modul platformasında (SPA) yığılan “S90” daha sürətli olacağını vəd edir.

Mühərrik qamması 320-güclü turbinli benzin “dördlük”, mexaniki yükləyici, o cümlədən 190- (400Nm) və 225-güclü (470Nm) dizel aqreqatları ilə təqdim edilir. Bu qammaya arxada 65 kilovattlıq elektrik mühərriki olan 400-güclü hibrid sistem rəhbərlik edir. Modifikasiyadan asılı olaraq sürət qutusu ya 6-pilləli mexaniki, ya da 8-diapazonlu avtomatdır.

Baza versiyasından başqa, bütün variantlar üçün tam ötürücü nəzərdə tutulub. İkincisi, yeni sedan çox təkmilləşdirilib. Biz yarımavtomat idarəetmə rejimi barədə danışırıq. “S90” xətt boyu hərəkəti saxlaya bilir (130 km/saata qədər).

AUTO.AZ



teqlər:
Volvo, Volvo S90 08.12.2015

Şərhlər


AD