Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hamann yeni BMW X6 M-i təkmilləşdirib

Əsas ofisi Lauphaym şəhərində yerləşən ən məşhur alman tüninq emalatxanası “Hamann” bütün dünyada öz müştərilərini təəccübləndirməkdə davam edir. Ofisin fəaliyyətə başladığı 1986-cı ildən şirkət alman avtomobillərinin tüninqi ilə məşğul olur və diqqətini xüsusən yeni model “BMW”-lərin təkmilləşdirilməsinə ayırır. “Hamann”-dan ən son parlaq nümunə yuxarıda deyilənlərin sübutudur. Bəzi dəyişikliklər edildikdən sonra “BMW X6 M” hamımızın gözü qarşısında dəyişdi.

“BMW X6 M” modeli elə də çox apqreydə məruz qalmayıb, lakin onların keyfiyyətinə və lazımlılığına şübhə etmək lazım deyil: avtomobil indi daha maraqlı görünür. Korpusda edilən bəzi dəyişikliklərdən əlavə standart model ilə yeniliyin arasında yeni rəng fərqi yaranıb və o, 23-düymlük yeni disklərlə təchiz edilib.

Bundan əlavə, “Hamann”-da avtomobilin daha aqressiv dizaynı üçün də tənbəllik etməyiblər və standartdan fərqli olaraq daha alçaq yay dəsti quraşdırıblar. Sonda “BMW X6 M”-in qara milləri arxasında tünd mavi əyləc supportları görünür ki, bu da avtomobilin rəngi ilə çox uyğun gəlir və quraşdırılmış disklərin dizaynını tamamlayır.

AUTO.AZ



teqlər:
BMW, BMW X6, Hamann 03.12.2015

Şərhlər


AD