Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yenilənmiş Cerato-nun sirri açıldı

İnternetdə Şimali Amerikada “Forte”, Avropada isə “Cerato” adı ilə məşhur olan sedan “Kia K3”-ün şəkilləri yayılıb. Sedan əsaslı şəkildə təkmilləşdirilib, beləliklə, onu restaylinqdən əvvəlki versiyaya nisbətən tanımaq çətin olacaq.

“Kia”-nın dizaynerləri “Cerato”-nun onsuz da gözəl olan xarici görünüşünü çox dəyişməyiblər və bəzi yeniliklərlə kifayətləniblər: bamperlər bir qədər dəyişib, qabaq optika yenilənib və radiator barmaqlığının kənarları təkmilləşdirilib.

Şəkildə görünən nümunə bəzi bazarlar üçün 1,6-litrlik 136 a.g. verən və 300 Nm fırlanma anına malik olan dizel mühərriklə təchiz edilib. O, 7-pilləli robotlaşdırılmış sürət qutusu ilə birgə işləyir.

AUTO.AZ



teqlər:
KIA, Kia Cerato 02.12.2015

Şərhlər


AD