Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda yeni krossover təqdim etdi

“Mazda” şirkəti yeni nəsil krossover “CX-9” təqdim edib. Yeniliyin debütü Los-Ancelesdəki avtosalonda keçirilib. Brendin mətbuat xidmətinin məlumatına görə, avtomobil 2016-cı ilin ilk rübündə satışa çıxarılacaq.

Yeni 7-yerlik krossover “CX-5” və “CX-3” modellərinə nisbətən daha aqressiv dizayn alıb. Avtomobili fərqli bamperlər, dəyişilmiş radiator barmaqlığı, yeni diodlu optika, spoyler, 18- və 20-düymlük təkər diskləri, o cümlədən ikili borusu olan qazburaxma sistemi ilə təchiz ediblər.

Avtomobil 55 mm böyüdülmüş təkər bazası alıb. Bunun sayəsində şirkətin mühəndisləri arxa oturacaq sərnişinlərinin ayaqları üçün daha böyük yer düzəldə biliblər.

Avtomobilin salonunda yeni oturacaqlar, cihazlar paneli, xüsusi diodlu işıqlandırma və 7- və ya 8-düymlük sensor ekranı olan informasiya-əyləncə sistemi “MAZDA CONNECT” quraşdırılıb. Sürücü, həmçinin 12 dinamiki olan “Bose” audio və qabaq təhlükəsizlik sistemləri əldə edə bilir.

Krossoverin kapotu altında 2,5-litrlik 4-silindrli benzin mühərrik quraşdırılıb. Yeni konseptual “Mazda3 MPS” də bu mühərriki alacaq. Mühərrik 227 a.g. və 420 Nm fırlanma anına malikdir.

O, 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Baza variantında avtomobil qabaq ötürücü sistem ilə təchiz edilir. Opsional olaraq tam ötürücülü sistem də əldə etmək olar.

AUTO.AZ



teqlər:
Mazda, Mazda CX-9 26.11.2015

Şərhlər


AD