Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan Mercedes GLE Coupe

Məşhur alman tüninq-şirkəti “Brabus” bu yaxınlarda Dubayda keçirilmiş beynəlxalq avtoşouda yeni model “Brabus 700 Coupe”-ni təkmilləşdirərək öz variantını – “GLE63 AMG S Coupe”-ni təqdim edib. İkili turboyükləyicisi olan “Mercedes-AMG GLE63 S”-in zavod komplektasiyasında olan 5,5-litrlik 8-silindrli mühərriki 585 a.g. verir. Almaniya ustaları bu rəqəmi dəyişərək 700 a.g.-ə çatdırıblar.

Güclü mühərriklə yanaşı, “Brabus 700 Coupe” 960 a.g.-lü fırlanma anı ilə də lovğalana bilər. Yuxarıda qeyd edilmiş xarakteristikalar daha təsirli klapanları olan yeni sıçratma sistemi və iki böyük turbo kompressor sayəsində əldə edilib.

Alman ustalar paslanmayan poladdan yeni qazburaxma sistemi də quraşdırıblar. Bütün yeniliklərdən sonra böyük ölçülü avtomobil yüzlüyə 4 saniyəyə sürətlənir, maksimal sürət isə elektron göstəricidə 300 km/saatda məhdudlaşdırılıb.

“Brabus”-u təkcə daxili modifikasiya ilə məhdudlaşdırmayıblar və banı da cəlbedici dəstlərlə təchiz ediblər. “GLE63 S”-in qabaq hissəsi demək olar, tamamilə yenilənib: avtomobildə yeni splitter, radiator barmaqlığı, hava çıxıntıları və diodlu hərəkət işıqları quraşdırılıb. Müştərilərə əlavə olaraq, 21-, 22- və 23-düymlük disklər də təqdim edilib.

Avtomobilin arxa hissəsində ustalar spoyler, daha aqressiv bamper və qazburaxma boruları quraşdırıblar. “Brabus 700 Coupe”-nin salonunun yeni bəzəyi üçün də müştərilərə geniş imkanlar təklif edilir.

AUTO.AZ



Şərhlər


AD