Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini yeni superkar təqdim edib

Adətən avtomobillərin, xüsusən də italyan superkarlarının yeni versiyaları əvvəlki modellərdən daha güclü və cəld olur. İtalyanlar isə Los-Anceles avtosalonu ərəfəsində baza versiyasına nisbətən daha zəif, asta və təhlükəli avtomobil təqdim ediblər.

“Lamborghini Huracan” – italyan markasının əvvəlki iki modelindən ən kiçiyi – tam ötürücülü avtomobildir, 610 a.g.-lü mühərrikə malikdir. Los-Anceles avtosalonunda təqdim ediləcək yeni “LP580-2” modifikasiyasının mühərrikinin gücü 580 a.g.-ə qədər azaldılıb.

Sürətsevərləri, çox güman ki, avtomobilin konstruksiyasındakı başqa vacib məsələ maraqlandıracaq. “LP580-2” – arxa ötürücülü avtomobildir və bu da onun idarəetməsini çətinləşdirir. “Lamborghini”-nin mühəndisləri avtomobilin gələcək sahiblərinə bir qədər kömək ediblər – asma və əsas elektron sistemlər yenidən tənzimlənib.

Yenilik tam ötürücülü variantda 33 kq yüngüldür. Lakin bu fərq də onu cəld etməyib.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan 21.11.2015

Şərhlər


AD