Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes yeni rodster təqdim edib

Los-Ancelesdə yenilənmiş rodster “SL”-i təqdim ediblər, onun xarici görünüşü superkupe “AMG GT”-ə bənzədilib. “Mercedes-Benz SL 63” və “SL65”-in kapotları altında dəyişiklik edilməyib – texniki “bonuslar” yalnız daha sakit variantlara verilib.

Restaylinq olunmuş model “Mercedes-Benz SL”-in debütü Los-Ancelesdə keçirilmiş avtomobil sərgisində baş tutacaq. Yenilənmiş flaqman rodsteri xarici görünüşündə yüngül ştrixlərə, “mexanika”da kiçik dəyişikliklərə və əvvəllər olmayan opsiyalara malikdir.

“Mercedes”-dən bildirilir ki, “SL”-in qabaq hissəsi yenilənib. Avtomobil yeni qabaq optika, arxa fənərlər, fərqli radiator barmaqlığı, yeni bamperlər, diffuzor və qazburaxma sistemi üçün borular alıb.

“Mercedes-Benz SL”-in başlanğıc versiyalarındakı yeniliklər daha nəzərəçarpandır – onlar daha güclü olub. “SL 400”-ün V6 mühərriki əlavə 35 a.g. alıb və indi o, 367 a.g. və 500 Nm-ə malikdir, “SL 500” isə əvvəlki 435 a.g. əvəzinə 455 a.g. verir.

Hətta ən kiçik modifikasiya 100 km/saata 4,9 saniyəyə sürətlənir. Buna baxmayaraq, hər iki variant köhnə 7-pilləli sürət qutusu ilə vidalaşıblar və 9-diapazonlu avtomat “9G Tronic” alıblar.

“Mercedes-Benz SL 63” və “SL65”-in güc aqreqatları əvvəlki kimi qalıb – bu, müvafiq olaraq turbolaşdırılmış 585-güclü V8 və 630-güclü V12-dir. Yeniliklərin qiyməti hələlik məlum deyil, ilk avtomobillər müştərilərə 2016-cı ilin fevral-aprel aylarında çatdırılmalıdır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz SL 20.11.2015

Şərhlər


AD