Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti yeni krossover təqdim edib

“Infiniti” şirkəti özünün ən kompakt və ən əlyetərli krossoveri “Q30”-u təqdim edib. Yolsuzluq avtomobili “Infiniti QX30”-un rəsmi təqdimatı planetin eyni vaxtda iki fərqli hissəsində baş verib – Los-Anceles motorşousunda və Çinin Quançjou şəhərində.

“Infiniti” diqqəti texnoloji hissəyə deyil, daha çox təsirli xarici görünüşə yönəldir. Əvvəllər “Infiniti”-nin sıralarında belə avtomobil yox idi. Çox güman ki, yaponlar buna bənzər görünüşlü nümunə artıq nümayiş etdirmişdilər – krossover nə konseptual sələfindən, nə də hetçbek “Q30”-dan elə də fərqlənmir.

“Infiniti”-nin dizaynerləri bamperləri bir qədər dəyişiblər və krossoveri yeniliyin “yolsuzluğa davamlılığından” xəbər verən xarici aksentlərlə, o cümlədən təkmilləşdirilmiş kandarlar və mühərrik qoruyucusu ilə təchiz ediblər.

Yeniliyin alacağı aqreqatlar barədə hələlik məlumat verilmir. Buna baxmayaraq, məlumdur ki, “QX30” 2-litrlik 211 a.g.-lü benzin turbo və 170-güclü 2,2-litrlik dizel mühərriklər alacaq.

Hər iki mühərrik tam ötürücüyə və 7-pilləli robotlaşdırılmış sürət qutusuna malik olacaq. “Infiniti” daha ətraflı məlumatı bir qədər sonra verəcək. Avtomobil gələn ilin ortalarında meydana çıxacaq.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti Q30 19.11.2015

Şərhlər


AD