Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ərəblər 900 a.g. verən superkar düzəltdilər

“W Motors” ərəb şirkəti “Fenyr SuperSport” adlı yeni superkarını təqdim etdi. Avtomobilin ictimai təqdimat mərasimi Dubay avtosalonunda keçiriləcək. Avtomobilin hazırlanmasında həmçinin “Magna Steyr” və “RUF” tüninq-atelyesi iştirak edib. İldə cəmi  25-dək superkar buraxmaq planlaşdırılıb.

Avtomobilin banı karbondan hazırlanıb. Bunun sayəsində çəkisi 1200 kq təşkil edir. Yeniliyin kapotunun altında altı silindrli 4,0 litrlik benzin mühərriki quraşdırılır. Mühərrikin gücü 900 a.g. və 1200 Nm fırlanma anı təşkil edir. Avtomobil 100 km/saata 2,7 saniyəyə sürət yığır. Maksimal sürət – 400 km/saatdan çoxdur.

Ərəb şirkətinin əvvəlki modeli “Lykan Hypersport” 750 a.g. verən eyni mühərriklə təchiz olunur. Aqreqat altıpilləli sekvental sürət qutusu ilə birgə işləyir. İlk 100 km/saata model 2,8 saniyəyə sürət yığır. Maksimal sürət – 390 km/saatdır.

Beləliklə, “Lykan Hypersport” “Bugatti Veyron” və “Koenigsegg Agera R” avtomobillərinin əsas rəqibidir. Ərəb avtomobilinin fərqli cəhəti – fənərlərin bəzəyində 420 brilyantın mövcudluğudur.

AUTO.AZ



teqlər:
W Motors, Fenyr SuperSport 17.11.2015

Şərhlər


AD