Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover Evoque kabriolet oldu

“Land Rover” şirkəti kabriolet banında “Range Rover Evoque”-u təqdim etdi. Avtomobilin satışları 2016-cı ilin ortalarında başlamalıdır. Brendin mətbuat-xidmətinin verdiyi məlumata görə avtomobil dünyanın 170 ölkəsində satila biləcək.

Krossover “Range Rover”-in üstü açıq konsepti hələ 2012-ci ildə ilk dəfə göstərilmişdi. Yenilik “Evoque”-un standart modifikasiyasının əsasında hazırlanıb. Avtomobil qara rəngli avtomatik yığılan dam əldə edib.

Yumşaq damı 48 km/saat sürət zamanı 18 saniyəyə yığmaq mümkündür. Açıq damlı avtomobildə rahat gedış üçün avtomobili xüsusi külək sipəri ilə təchiz ediblər.

“Range Rover Evoque”-un yeni modifikasiyasının yük yerinin həcmi 251 litr təşkil edir. Avtomobil təhlükəsizlik sistemi ilə təchiz olunub. Kabrioletin çəkisi 1 936 kq-dır.

Avtomobilin kapotunun altında dörd silindrli 2,0 litrlik benzin mühərriki quraşdırılır. Mühərrikin gücü 240 a.g. və 340 Nm fırlanma anı təşkil edir. Aqreqat 9-pilləli avtomatik sürət qutusu ilə birgə işləyir. Avtomobil 100 km/saata 7,8 saniyəyə sürət yığa bilir. Maksimal sürət – 180 km/saatdır.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Evoque 12.11.2015

Şərhlər


AD