Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW, V10-la xudahafizləşdi

BMW, əvvəl M5M6 modellərinə qoyulan V10 benzin mühərrikinin istehsalına xitam verildiyi haqda elan verdi. Əgər gücləndirilmiş 5-ci seriyanı hələ yayda istehsaldan çıxarmışdılarsa, sentyabr ayında kupe və kabriolet M6-nın sırası gəldi.

Çox təəssüf, əla mühərrik idi. On silindir və beş litr həcmin hesabına, 507 a.g. və 520 Nm fırlanma tezliyi verirdi. Məhz bu mühərrik, iki dəfə ilin ən yaxşı mühərriki adını aldı (2005 və 2006-ci illərdə).

Məşhur on silindirli mühərrikin yerinə hansı mühərrik gələcəyi hələ məlum deyil. İlkin məlumata görə, BMW, əlində olan 4.4 litr həcmli, iki turbolu V8 mühərrikinin üzərində işləyir – məhz bu mühərrik yeni nəsil M5 və M6-a qoyulacaq. İndi, BMW X5 M və X6 M modellərində olan bu mühərrik, 555 a.g. və 680 Nm fırlanma tezliyi verir.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
BMW, BMW M5, BMW M6 10.09.2010

Şərhlər


AD