Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes yeni yolsuzluq avtomobili təqdim edib

Düzünü desək, “Mercedes-Benz GLS”-in şəkilləri artıq internetdə peyda olub, lakin o vaxt söhbət test üçün hazırlanmış prototipdən gedirdi. İndi isə rəsmi mənbəyi olan şəkillər nümayiş etdirilir. Yolsuzluq avtomobili daha gözəl və müasir olacaq.

Şəkillərə əsasən demək olar ki, yeni ad ilə yanaşı, alman markasının yolsuzluq avtomobili flaqmanı fərqli görünüş alacaq. Xüsusilə, “GLS”-i yeni diodlu optika, alüminium əlavələri olan fərqli bamper, tam yeni radiator barmaqlığı, böyük loqotip və s. ilə təchiz edəcəklər. Arxa hissədə olan dəyişikliklər yeni optika, fərqli qazburaxma sistemi və diffuzor ilə məhdudlaşdırılacaq.

Yolsuzluq avtomobilinin yenilikləri onun sedan “S-class”-la ideoloji uyğunluğuna işarə etməlidir. Xüsusən, məhz buna görə yolsuzluq avtomobilinin adına “S” əlavə edilib. İnteryerin düzəldilməsində də flaqman sedanından götürülmüş komponentlərdən istifadə ediləcəyi istisna deyil. Güman edilir ki, bu, həm rahatlığa, həm də təhlükəsizliyə cavab verən elektron sistemdə də nəzərdə tutulur.

Mühərrik qammasına gəldikdə, demək olar ki, “GLS” bunu restaylinq edilməmiş “Mercedes-Benz GL”-dən mənimsəyəcək. Beləliklə, yolsuzluq avtomobili benzin və dizel dəstindən ibarət V6, V8 və AMG versiyasından güclü mühərriklər alacaq.

Belə güman edilir ki, “Mercedes-Benz” GLS-i “Maybach” sıralarına daxil edəcək. Şayiələrə əsasən, təkmilləşdirilmiş yolsuzluq avtomobili 2016-cı ildə satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz GLS 07.11.2015

Şərhlər


AD