Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus yeni LS-in müjdəçisini göstərdi

“Lexus” şirkəti “LF-FC” adlı konseptual model təqdim edib. Prototipin debütü Tokyo avtosalonunda keçiriləcək. Şirkət özü avtomobili “dördyerli kupe” adlandırır. Avtomobil yeni nəsil flaqman sedanı “LS”-in müjdəçisidir. Prototip gələcək modelin dizaynını və imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulub. Əvvəllər belə planlaşdırılırdı ki, Tokyo motor-şousunda yeniliyin seriyalı versiyası təqdim ediləcək.

Avtomobil tamamilə yeni arxa ötürücülü platformada yığılıb. Deyilənə görə, onun əsas rəqibi “Mercedes-Benz S-Class Coupe”-dir. “LF-FC”-nin uzunluğu 5300 mm, eni 2000 mm-dir. Yeni konsept diodlu optika, “bumeranq” şəkilli hərəkət işıqları, enli radiator barmaqlığı və 21-düymlük təkər diskləri alıb.

Sürücü üçün planşet üslubunda hazırlanan sensorlu interfeys “HMI” (human machine interface), rəqəmsal cihazlar paneli və jestləri tanıyan system də nəzərdə tutulub. Avtomobil hidrogenlə oksigenin reaksiyası zamanı enerji yaradan elementlərlə işləyir. Üç elektrik mühərrik arxa oxda və qabaq 2 təkərdə quraşdırılıb. Avtomobilin dinamik xarakteristikası barədə məlumat hələlik gizli saxlanılır.

Modelin seriyalı versiyası artıq gələn il təqdim edilə bilər.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LS 05.11.2015

Şərhlər


AD