Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mini yeni kabriolet təqdim edib

İndiki nəsil hetçbək “Mini” axır ki, damdan məhrum oldu. Hetçbək kimi, kabrioletin də ölçüləri artıb və müvafiq olaraq daha dözümlü olub. “Mini Convertible”-ın əldə etdiyi yumşaq damı 18 saniyəyə yığmaq olar.

Hetçbək kimi, kabriolet də qabaq ötürücülü UKL platformasında yığılıb. Yenilik mühərrik qammasını məntiqi olaraq hetçbəkdən mənimsəyib: bazarda yer tutmaq üçün o, 3- və 4-silindrli 136 və 192 a.g. verən iki benzin mühərriklə çıxıb. Sonuncu “S” modifikasiyası üçün nəzərdə tutulub və 100 km/saat sürəti 7,1 saniyəyə yığır: bu, kabrioletin əvvəlki variantından cüzi çoxdur. Bundan əlavə, yenilik üçün 116-güclü dizel mühərrik də hazırlayıblar. Mühərriklər 6-pilləli mexaniki və avtomat sürət qutuları ilə birgə işləyəcəklər.

Bir qədər sonra kabrioleti 2-litrlik 170 a.g. verən dizel mühərriklər də təchiz edəcəklər. Bu, “SD” dizel versiyası üçün olacaq. Güclü “John Cooper Works” modifikasiyası da planlaşdırılır. O, 2-litrlik, 231 a.g. verən turbo mühərrik, həmçinin baza variantında 1,2-litrlik mühərrik alacaq. Kabriolet üçün geniş fərdiləşdirmə imkanları da təklif ediləcək, o cümlədən parça dam üçün yeni naxışlar. Bununla yanaşı, hetçbəklə müqayisədə kabrioletin banı üçün daha çox rəng variantları seçmək olacaq.

AUTO.AZ

Источник: auto.vesti.ru



teqlər:
Mini, Mini Cooper 31.10.2015

Şərhlər


AD