Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi RS6 və RS7-ni gücləndirib

“Audi”-dən əlavə gücə nə deyirsiniz? Budur, qarşılayın, daha çıqğın “RS6” və “RS7”. Onlar “performance” idman paketi alıblar. Daha çox güc və daha az saniyə - hər şey ədalətlidir.

Onsuz da güclü olan 4-litrlik tvin-turbo indi 605 a.g. (əvvəlcə 560 a.g.) və overbust rejimində 750 Nm verir. İndi o, 100 km/saatı 0,2 saniyə daha tez – 3,7 saniyəyə yığır, 0-dan 200-ə qədər isə 12,1 saniyəyə. “Performance” versiyasında maksimal sürəti universal və hetçbəkdə 280 və hətta 305 km/saat etmək olar. Əlbəttə, əlavə xərc tələb olunacaq.

Buna baxmayaraq, mühərrik əvvəlki kimi yenə də çox güc tələb olunmayanda silindrlərin bir neçəsini söndürür. “Audi”-dən alınan məlumata görə, bunun sayəsində “RS6” 100 km məsafəyə 9,6 litr, “RS7” isə 0,1 litr daha az yanacaq sərf edir. Mühəndislər yeni idarəetmə bloku və s., o cümlədən 8-pilləli “tiptronic”-in yenidən tənzimlənməsi və arxa hissədə əlavə idman differensialı sayəsində bu gücə nail olublar.

Bu da hələ bütün işlər deyil – “RS”-lər aşağı salınmış adaptiv asmalar, xüsusi dizaynlı 21-düymlü disklər, korbon-keramik əyləclər alıblar. Almaniyada “RS6 performance” üçün 117 min avro, “RS7 performance” üçün isə 122 min avro ödəmək lazımdır.

AUTO.AZ



teqlər:
Audi, Audi RS7, Audi RS6 30.10.2015

Şərhlər


AD