Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M2-ni daha güclü ediblər

Yüksək məhsuldarlı kupe “BMW M2” “MANHART Performance”-dan yeniliklər paketi alıb. Ona 80 a.g. əlavə edilib. Paket “MH2 450” adlanır. Onun əsas məqsədi “M2”-nin kapotu altında olan 3,0-litrlik 6-silindrli turbo mühərrikin gücünü artırmaqdır. Standart versiya 370 a.g. (272 kVt) verir, lakin yenilikdən sonra bu rəqəm 450 a.g.-ə (331 kVt) çatıb.

“MANHART Performance” paketinə əlavə olaraq sarı rəngli ban, karbon lifindən bir sıra yeni komponentlər də daxildir. Qeyd edək ki, avtomobildə yeni ventilyasiya olunan kapot, qabaq splitter, qara disklər dəsti, sarı əyləc supportları peyda olub.

AUTO.AZ



teqlər:
BMW, BMW 2-series, M2, MANHART Performance 29.10.2015

Şərhlər


AD