Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hamann-dan Porsche Macan S Diesel

Almaniyanın “Hamann” atelyesinin tünerləri yeni layihələrini təqdim ediblər – krossover “Porsche Macan S Diesel”-in təkmilləşdirilmiş versiyası. Mütəxəssislər bildirirlər ki, onların qarşısında dayanan vəzifə avtomobili “ipdən azad etmək” və onun idman potensialını üzə çıxarmaq idi.

Bunun üçün almanlar “Macan”-ın 3,0-litrlik 6-silindrli dizel mühərrikinin gücünü və fırlanma anını artırıblar. Nəticədə mühərrik 310 a.g. (680 Nm) verir, bu, baza göstəricisindən 52 a.g. çoxdur. Bu iş avtomobilin dinamik xüsusiyyətlərinə də müsbət təsir edib, o, indi 100 km/saat sürəti 5,7 saniyəyə yığır.

Tüninq edilmiş “Porsche Macan S Diesel” atelyedən yeni asma, idman yayları dəsti, baqajda yeni spoyler və palçıq qoruyucuları alıb. Şirkət, həmçinin avtomobili 22-düymlük “Anniversary EVO” təkər diskləri və “Conti SportContact 6” şinlərlə təchiz edib.

Bu modifikasiyanın daha bir nadirliyi paslanmayan poladdan olan yeni qaz buraxma sistemidir ki, onun səsini xüsusi proqramla tənzimləmək olar.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Macan, Hamann 23.10.2015

Şərhlər


AD