Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz GLE təkmilləşdirilib

“Mercedes-Benz” sıralarında “yüklənmiş” modellərlə standart avtomobillər arasında yer tutan “AMG Sport” ailəsinə üçüncü nümayəndə gəldi. “Mercedes-Benz GLE” idman versiyası aldı.

“Mercedes-Benz GLE 450 AMG”-nin əsas fərqli cəhəti mühərrik olacaq – 3-litrlik turbolaşdırılmış V6. O, 367 a.g. və 520 Nm fırlanma anı verir ki, bu, dəqiqədə 2000-dən 4200 dövrə qədər mümkündür. Mühərrik 9-pilləli avtomat sürət qutusu ilə birgə krossoveri 100 km/saata 5,7 saniyəyə çatdırır.

Maraqlıdır ki, “Mercedes-Benz”-in mühəndisləri yolsuzluq avtomobilində bəzi idman notlarını saxlamaq üçün onu tam ötürücü ilə təchiz ediblər. Burada dartma gücü 40:60 nisbətində arxa oxun xeyrinı bölünür.

Yeniliyin maksimal sürəti 250 km/saatda məhdudlaşdırılıb. Krossover 100 km məsafəyə orta hesabla 8,6 litr yanacaq sərf edir. Əlbəttə, “GLE 450  AMG”-ni xarici görünüşdən də tanımaq olar – məsələn, bir qədər ciddi bamperlər, 20-düymlük disklər və banda çoxlu sayda xromla.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz GLE 21.10.2015

Şərhlər


AD