Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi A5 xüsusi versiya alıb

“Audi” şirkəti kupe A5-in xüsusi versiyasını hazırlayıb. Bu versiya Almaniyanın ban çempionatı DTM-ə həsr olunub. Belə güman edilir ki, bu yenilik əvvəlki modelin ən son modifikasiyası olacaq və 2016-cı ildə peyda olacaq.

Tam ötürücülü “Audi A5 DTM”-i 245 a.g. və 580 Nm fırlanma anı verən 3,0-litrlik dizel “altılığı” ilə təchiz ediblər. Mühərrik 7-pilləli iki muftası olan “robot”la birgə işləyəcək.

Kupe ilk “yüzlüyü” 5,9 saniyəyə yığa bilir. Maksimal sürət isə 250 km/saatda məhdudlaşdırılıb. Avtomobil qarışıq dövrədə 100 km məsafəyə 6,3 litr yanacaq sərf edir.

Yeniliyin banın qabaq hissəsi təkmilləşdirilib. Avtomobil “Audi Sport” loqotipi ilə DTM yürüşü üslubunda qırmızı-qara rəng, tündləşdirilmiş arxa pəncərələr, eksklüziv 20-düymlük alüminium təkər diskləri və 265/30 ölçülü şinlər alıb. “Audi A5 DTM” 50 ədəd buraxılacaq. Almaniyada kupenin qiyməti 74540 avro olacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi A5 20.10.2015

Şərhlər


AD