Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory-dən Mercedes S63 AMG Coupe

“Mansory” şirkəti “Mercedes-Benz S63 AMG Coupe” üçün kosmetik paket təqdim edib. Avtomobil karbon lifindən olan ciddi asma alıb.

Bununla yanaşı, avtomobil 22-düymlük çoxmilli təkər diskləri, “Vredestein Ultrac Sessanta” şinləri və klirensi 30 mm azaldan pnevmatik asılqan alıb. Salonda “Mansory”-nin xalıları, işıqlandırılmış qapı kandarları, alüminium pedallar, karbon oturacaqlar və dəri peyda olub.

Alıcılar əlavə olaraq güc paketi də sifariş edə bilərlər. Bu paket 585 a.g.-ü olan 5,5-litrlik tvin-turbonun gücünü 720 a.g. (530 kVt), 800 a.g. (588 kVt), 900 a.g. (662 kVt) və hətta 1000 a.g.-ə (736 kVt) qədər artıra bilər.

AUTO.AZ



Şərhlər


AD