Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW idman kupesi M2-ni təqdim etdi

“BMW” şirkəti idman kupesi “M2”-ni təqdim edib.  Avtomobilin kütlə qarşısında təqdimatı noyabr ayında Los-Ancelesdəki avtosalonda keçiriləcək. Bu barədə alman brendinin mətbuat xidməti xəbər yayıb. Model 2016-cı ilin aprelində satışa çıxarılacaq.

Avtomobilin kapotu altında turbo yükləyicisi olan 3,0-litrlik benzin mühərrik quraşdırılır.  Mühərrik 370 a.g. və 465 Nm fırlanma anı verir. Güc qurğusu 6-pilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Opsional olaraq 7-pilləli sürət qutusu da əldə etmək olar. “BMW M2” 100 km/saata 4,4 saniyəyə sürətlənir, onun maksimal sürəti isə elektron göstəricidə 250 km/saatda məhdudlaşıb.

“BMW M2”-nin əsas rəqibləri “Mercedes-AMG A45”, “Audi RS3 Sportback” və “Porsche Cayman S” olacaq. Yenilik baza versiyasından bamperlər, enli təkər arkaları, 19-düymlük tökmə təkər diskləri, radiator barmaqlığı, yan ətəklər, diffuzor və böyüdülmüş hava çıxıntıları ilə fərqlənir. Alman brendinin model sırasında “М2 Coupe” “M235i”-dan bir pillə yuxarıda dayanacaq.

İstehsalçı “M2”-ni maksimal olaraq standart “2-Series”-dən uzaqlaşdırıb. Avtomobil təkmilləşdirilmiş idman asılqanı, yeni əyləc sistemi və 4 borusu olan qazburaxma sistemi alıb. Model elektron sükan gücləndiricisi və fəal “BMW M” diferensialı ilə təchiz edilir.

AUTO.AZ



teqlər:
BMW, BMW 2-series, M2 15.10.2015

Şərhlər


AD