Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari ekstremal superkar göstərib

Gələn il superkar “Ferrari F12tdf ” satışa çıxarılacaq. Bu, kupe “Ferrari F12berlinetta”-nın məhdud sayda olacaq xüsusi versiyasıdır. “F12tdf” adı bir vaxtlar məşhur olmuş “Tour de France” yürüşünün abreviaturasıdır. 50-60-cı illərdə burada “Ferrari” bir neçə dəfə qalib olub. Ən maraqlısı odur ki, cari ilin əvvəllərində “Ferrari F12berlinetta Tour de France” artıq təqdim edilmişdi, lakin o vaxt avtomobil yalnız xüsusi rəng və bəzi interyer dəyişikliyi əldə etmişdi. “Ferrari F12tdf”-də isə ciddi tüninq işləri görülüb.

Superkar yeni asma alıb: hava çıxıntıları olan kapot, splitteri olan qabaq bamper, böyüdülmüş arxa spoyler, dəyişilmiş arxa diffuzor. Yeni asma sayəsində 200 km/saat sürətdə sıxma gücü 107 kq artıb, karbon plastik sayəsində isə avtomobil 110 kq çəki atıb – indi onun çəkisi 1415 kq-dır.

Avtomobil, həmçinin karbon-keramika əyləci “Brembo”, təkmilləşdirilmiş 7-pilləli 7-pilləli robot sürət qutusu alıb, 6,3-litrlik 12 silindrli mühərrikin gücü isə 740-dan 780 a.g.-ə qədər artıb. Düzdür, fırlanma anı cəmi 15 Nm artıb (705 Nm). Əlbəttə, bütün bu dəyişikliklər superkarın dinamik xarakteristikasını yaxşılaşdırıb. İlk yüzlüyü qət etmək üçün 2,9, ikincisi üçün 7,9 saniyə vaxt lazımdır. Maksimal sürət isə 340 km/saatda məhdudlaşdırılıb. “Ferrari F12berlinetta”-nın baza versiyası bu missiyanı müvafiq olaraq 3,1 və 8.5 saniyəyə yerinə yetirir.

Görülən bu ciddi işlər avtomobilin qiymətinə də təsir edib. “Ferrari F12berlinetta” ilə müqayisədə onun qiyməti 50 min dollar artıb. Seçilmiş opsiyalardan asılı olaraq alıcı avtomobil üçün təqribən 400 000 dollar ödəməli olacaq.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari F12berlinetta 14.10.2015

Şərhlər


AD