Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche 911 Targa turbo mühərrik alıb

“Porsche” şirkəti restaylinq olunmuş model “911”-in yeni modifikasiyalarını təqdim edib – “Carrera 4”, “Carrera 4 Convertible” və “Targa 4”. Tam ötürücülü sportkarların atmosferli mühərrikləri yeni 3-litrlik tvin-turbo “altılıq”la əvəz edilib.

Bu mühərrik yeniliklərin baza variantlarında 370 a.g. və 450 Nm fırlanma anı verir, “S” versiyalarda isə 420 a.g. və 500 Nm. Sürət qutusu 7-pilləli “mexanika” və ya eyni diapazonlu ikili muftası olan “robot”dur.

Robotlaşdırılmış sürət qutusu və opsional “Sport Chrono Package” idman paketi olan “Porsche 911 Carrera 4” ilk yüzlüyü 4,1 saniyəyə, eyni avadanlığı olan “S-modifikasiyası” isə 3,8 saniyəyə yığır.

“Targa”-nın və kabrioletin ən güclü variantları 100 km/saata 0,2 saniyə gec sürətlənir. Bandan və komplektasiyadan asılı olaraq, yeniliyin maksimal sürəti 287-dən 305 km/saata qədər dəyişir.

Salonda güc qurğusunun rejimlərini dəyişə bilən yeni sükan, o cümlədən təkmilləşdirilmiş 7-düymlük sensorlu displeyi olan multimedia sistemi var.

AUTO.AZ



teqlər:
Porsche, Porsche 911, 911 Targa turbo 10.10.2015

Şərhlər


AD