Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota yeni ucuz sportkar təqdim edib

“Toyota” şirkəti konsept “S-FR” barədə bəzi məlumatları və sportkarın gələcəkdə necə görünəcəyindən xəbər verən bir neçə təsvirini nəşr etdirib.

Modelin ölçüləri kiçik olacaq və bir qədər ağırlığı ilə fərqlənəcək. O, 3990 mm x 1695 mm x 1320 mm-dir, təkər bazası isə 2480 mm təşkil edir. Xüsusiyyətlər sırasında arxa ötürücünü və 4-yerli salonu qeyd etmək olar.

Konsept 6-pilləli mexaniki sürət qutusu ilə təchiz ediləcək, lakin kapotun altında hansı mühərrikin dayanacağı məlum deyil. Yenilik Tokio avtoşousunda təqdim ediləcək. Şayiələr düz olsa, biz konseptin seriyalı modelini 2018-ci ildə görəcəyik.

AUTO.AZ



teqlər:
Toyota, Toyota S-FR 09.10.2015

Şərhlər


AD